Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış Energetika  Institutu

>>> İran İslam Respublikasının Təbriz şəhərində Beynəlxalq Konfrans keçirilmişdir...

14-16 sentyabr 2010-cu ildə İran İslam Respublikasının Təbriz şəhərində “6-th International Conference on Technical and Physical problems of Power Engineering” Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın işində Az ET və LAE İnstitutun MMC-nin əməkdaşlarından 15 nəfəri energetikanın fundamental və tətbiqi problemlərinə həsr olunmuş 15 məqalə ilə iştirak etmişdir. İnstitutun əməkdaşlarından 3 nəfəri “Enerji təhlükəsizliyi” laboratoriyasının rəisi tex.e.n. Nəsibov V.X., aparıcı mühəndis Əlizadə R.R., “Ətraf mühit və ekologiyanın mühafizəsi laboratoriyasının rəisi tex.e.n. Əliyev A.F. konfransın işində iştirak etmişlər. Nəsibov V.X. müəllifləri Yusifbəyli N.A., Nəsibov V.X. “Some factors features, influencing the scales and structure of new generating capacities development in Azerbaijan”, Əliyev A.F. müəllifləri Əliyev A.F., Dadaşov A.V. “Ultraviolet disinfection of water during its membrane purification” və aparıcı mühəndis Əlizadə R.R. “Some problems of frequency control in the light of up to date demands” məqalələr üzrə məruzələrlə çıxış etmişlər.

     | Tarix: 05  yanvar  2011  | Kateqoriya:  >>>Xəbərlər  | 

"Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış  Energetika  İnstitutu"  MMC,  2011