Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış Energetika  Institutu

>>> Elmi-istehsalat jurnalı təsis edildi...

Jurnal haqqında

“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin elmi-texniki fəaliyyəti institutun elmi əməkdaşları tərəfindən müxtəlif vaxtlarda tərtib olunmuş elmi hesabatlar, elmi əsərlər və elmi məruzələr şəklində bir çox elmi və elmi-texniki nəşrlərdə təqdim olunur.  Bununla yanaşı, “Az ET və LAEİ” MMC-nin elmi-praktiki fəaliyyətini əks etdirən yeni elmi-istehsalat jurnalının təsis edilməsinə zərurət yaranmışdır.

Bunları nəzərə alaraq energetika sahəsinin fəaliyyətinin, dinamik inkişafının tətbiqi və fundamental məsələlərinin həll olunmasının, beynəlxalq elmi nailiyyətlərin mübadiləsinin, bu sahədə  kadr potensialının inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini əsas tutaraq  “Azərenerji” ASC-nin və “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika Institutu” MMC-nin birgə təşkil etdikləri 16.12.2009-cu il tarixli Elmi-Texniki Şuranın iclasının qərarına əsasən Beynəlxalq Standart Seriya nömrəsi (ISSN) 2079-9659 “Electroenergetics-electrotechnics-electromechanics+control” (“Elektroener­getika- elektrotex­nika-elektromexanika+idarəet­mə”) elmi-istehsa­lat jur­na­lı­ təsis edilmişdir.

Müasir standartlara cavab verən “Electroenergetics- electrotechnics-electromechanics+control” elmi-istehsalat jur­na­lı­nın birinci nömrəsi nəşr olunub.  

 

Jurnalın ildə iki dəfə energetikanın mühüm problemlərinin həllinin əks olunduğu mövzularla nəşr olunması nəzərdə tutulur. Jurnalın nəşrində əsas məqsəd – elektroenergetika sistemlərinin, elektrik stansiyalarının, yarımstansi­yaların və onların əsas avadanlıqlarının, elektrotexniki komplekslərin, avtoma­tikanın və idarəetmə vasitələrinin, alternativ enerji mənbələrinin inkişafı və fəaliyyətinə həsr olunmuş yüksək səviyyəli məqalələrin çap olunmasından ibarətdir.

Elektroenergetikanın inkişafı şəraitində enerji təhlükəsizliyi məsələlərinin, enerji effektivliyinin, elektroenergetikanın inkişafının iqtisadi prinsip və üsullarının işlənilməsi məsələləri bütün dünyada intensiv inkişaf etdirilir. Eyni zamanda müasir innovasiya texnologiyalarının tətbiqinin, alternativ enerji mənbələrinin rolunun qiymətləndirilməsinin, enerji sistemlərinin inkişafının iqtisadi aspektlərinin, elektroenergetika sahəsində dövlətlərarası kooperasiyanın sistem məsələlərinin və onun hüquqi bazasının vəziyyətinin qiymətləndirilməsi həllini gözləyən vacib məsələlərdəndir.

Mövzular  həmçinin sistem analizi, idarəetmə və informasiya təminatı, avtomatlaşdırma və texnoloji proseslərin idarəolunması və onların modelləş­dirilməsi, elektrik və istilik texnikası, elektrik maşın və aparatları, elektrik intiqalı, yüksək gərginlik texnikası, elektrotexniki materiallar, iqtisadiyyat sahələrinin elektrik təchizatının əsaslarının inkişafı və istifadə olunmasını da əhatə edəcəkdir.  Bu və digər sahələrdə orijinal tədqiqat nəticələri, elmi-tədqiqat vasitələrinin müasir tətbiqi vəziyyəti və şəraiti yerli və xarici mütəxəssislərin diqqətinə çatdırılacaqdır. 

 Müəlliflərin nəzərinə

Biz  hesab edirik ki, “Elektroenergetika, elektrotexnika, elektromexanika+ nəzarət” jurnalında dərc olunacaq məqalələr:

·        özünəməxsus olmalı;

·        əvvəllər çap edilməmiş olmalı;

 ·          kitabxana və ya satın alınma yolu ilə əldə edilərək başqa nəşr vasitəsində   işıq üzü görmək üçün nəzərdə  tutulmamalı;

 ·        qısa xülasəyə malik olmalı (50 sözdən çox olmamaq şərtilə), açar sözlər və Mövzu Təsnifatına malik olmalıdır, 2000.

         Müxtəlif konfranslarda məruzə olunan daha yüksək dərəcəli  tezislərə əsaslanan məqalələr də təqdim edilə bilər, bir şərtlə ki, əvvəlki formaları ilə eynilik təşkil etməsinlər. Məqalə müəlliflərinə hər hansı institut, cəmiyyət və ya asossiasiyaya üzv olmamaq məhdudiyyəti qoyulmur.

Gecikmələrin baş verməməsi və daha tez işıq üzü görməsi üçün məqalələrinizi elektron variantda göndərməyinizi məsləhət görürük. Məqalələrin mətni LaTeX 2.09, AmSTeX, AmSLaTeX  və düz  TeX olmaqla  TeX-in istənilən formasında təqdim oluna bilər.

Məqalələrinizin sıxılmış formasını   Electrojournal üçün  məqalə” başlıqlı sözlərlə  electrojournal@gmail.com  elektron ünvanına göndərin.  

Əlyazmaları hazırlayan müəlliflər nəzərə almalıdırlar ki:

·        Əlyazmaların ümumi həcmi qrafika materialları, şəkillər, cədvəllər, formulalar, istinad mənbəyi və nəticə də daxil olmaqla  8 səhifədən çox olmamalıdır;

·      Müqəddimə, Əsas hissə, Nəticə və Ədəbiyyat məqalənin strukturuna daxil edilməlidir. Müəllif haqqında qısa məlumat və şəkil məqalənin sonunda verilməlidir.

2010-cu il üçün jurnala abunə yazılışı elan edirik.  Abunə olmaq və digər gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı məlumat almaq üçün www.pei.az  saytına müraciət edə və ya aşağıdakı ünvanla əlaqə saxlaya bilərsiniz:

   

Prof. Nurəli Adil oğlu Yusifbəyli

 “Az ET və  LA Eİ ” MMC-nin direktoru

Tel:    (+994012) 4328076

        e-mail: electrojournal@gmail.com

 

Məqalənin nümunəsi bu linkdə pdf  formatında göstərilmişdir.

     | Tarix: 22 iyun 2011  | Kateqoriya:  >>>Xəbərlər  | 

"Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış  Energetika  İnstitutu"  MMC,  2011