17
dekabr 2010-cu il tarixində “Azərbaycan
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”
MMC-də Elmi-Texniki Şura keçirilmişdir.
Gündəlikdə
aşağıdakı məsələlərə baxılmışdır:
1.
01-10 saylı 15.02.2010-cu il tarixli “Azərenerji” ASC ilə
“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutu” MMC arasında bağlanmış
“Yeni iqtisadi inkişaf şəraitində Azərbaycan
enerjisisteminin enerji effektivliyinin təmin edilməsi üzrə
kompleks məsələlərin tədqiq olunması və tövsiyələrin
işlənilməsi” mövzusunda müqaviləyə
daxil edilmiş və yerinə yetirilmiş elmi-tədqiqat
hesabatlarının nəticələri (məruzəçi
– tex.e.d., prof. N.A.Yusifbəyli)
2.
Elektrik şəbəkələrinin
layihələndirilməsi idarəsinin illik hesabatı
(məruzəçi – Q.M.Ələkbərova)
3.
Bakıhidrolayihə-Elektrik
stansiyalarının illik hesabatı (məruzəçi
–A.İ.Adıgözəlov)
4.
Mühəndis-axtarış idarəsinin hesabatı
(məruzəçi –H.Ə.Rzayev)
5.
“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutu” MMC-də 2011-ci ildə
nəzərdə tutulan elmi-tədqiqat işlərinin
layihəsinin müzakirəsi (məruzəçi –
tex.e.d., prof. Ə.M.Hüseynov).
6.
Cari məsələlər:
6.1.
Elmi kadrların hazırlığı (məruzəçi
– tex.e.d., prof. Ə.M.Hüseynov)
6.2.
“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutu” MMC-də İSO 9001/14001 İnteqrəolunmuş
İdarəetmə Sistemləri Beynəlxalq Standartlarının
tətbiqi məqsədilə 9 dekabr 2010-cu il tarixli
sərəncamın müzakirəsi (məruzəçi
– tex.e.d., prof. N.A.Yusifbəyli)
6.3.
“AzET və LA Eİ” MMC-nin Elmi-Texniki Şuranın
heyətinin təsdiqlənməsi (məruzəçi
– tex.e.d., prof. N.A.Yusifbəyli)
Müzakirələrdən
sonra qərara alındı:
“Azərbaycan
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”
MMC-nin 2010-cu il üzrə elmi-texniki fəaliyyətinin
nəticələri müsbət qiymərləndirilsin.
2011-ci
ildə yerinə yetirilməsi nəzərdə tutulan
elmi-tədqiqat və layihə-axtarış işlərinin
mövzularının razılaşdırılmış
siyahısı sifarişçiyə təqdim olunsun.
İlkin
mərhələdə 5 nəfərin elmlər doktoru hazırlığı
üzrə namizədlikləri və onların elmi
məsləhətçiləri təsdiqlənsin.
“Azərbaycan
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”
MMC-də İSO 9001/14001 İnteqrəolunmuş İdarəetmə
Sistemləri Beynəlxalq Standartlarının tətbiqi
məqsədilə 9 dekabr 2010-cu il tarixli sərəncamından
irəli gələn məsələlər yerinə
yetirilsin.