Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış Energetika  Institutu

  Ana səhifə
  İnstitut haqqında
  Dövri nəşrlər

  Elmi nəticələr

  Struktur
  Elmi şura
  Qanunvericilik
  Əlaqə
  Əməkdaşlıq
  Axtarış

Institutun Loqotipi

 

Ünvan
Baki şəh., Həsən bəy Zərdabi prospekti, 94

Tel/Faks:
(+994012) 432-80-76
(+994012) 431-60-47

Poçt indeksi:
 
Az1012
>>> Elmi seminar...
24  yanvar  2012 - ci il  tarixdə saat 1100 - da “ AzET  və  LAEİ ” MMC - nin elmi seminarında Azərbaycan Texniki Universitetinin doktorantı Misir Ərəb Respublikasının vətəndaşı Esam Əli Əli    Saafanın     “  Elektrik     şəbəkələrində     kommutasiya      proseslərinin      kompüter modelləşdirilməsinin xüsusiyyətlərinin tədqiqi ” mövzusunda 05.14.12  -  “Yüksək gərginliklər texnikası ”  ixtisasında  texnika  üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirildi.

| Tarix: 25 yanvar 2012  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> 20 Yanvar faciəsinin 22-ci il dönümü...

18 yanvar 2012-ci il tarixində “Azərbaycan  Elmi -Tədqiqat və  Layihə  -  Axtarış  Energetika  İnstitutu” MMC - də  20 Yanvar  faciəsinin  22 - ci  il  dönümünə həsr olunmuş seminar   keçirildi.  “ AzET  və LA   Energetika  İnstitutu ” MMC - nin direktoru,  tex.e.d., prof. N.A.Yusifbəyli  iclası açaraq,  gündəlikdə  nəzərdə   tutulan  məsələ  barəsində qısa  məlumat   verdi. O,   qeyd  etdi   ki,   keçmiş  Sovet İttifaqının  tərkibində   olan  respublikalar  da  xalqların  öz müqəddaratını  təyin   etmək   üçün    azadlıq   ugrunda    mübarizəyə qalxdılar,  bu mübarizənin  nə   dərəcə   ağır   olduğunu  da   bir   daha vurğuladı.

| Tarix: 19 yanvar 2012  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Dissertasiya işinin müzakirəsi...

17 yanvar 2012 - ci il tarixdə  saat  1100 -  da “AzET və  LAEİ”  MMC - nin elmi seminarında   AMEA Radiasiya Problemləri İnstitutunun dissertantı Firuzə Əziz qızı Salmanovanın “Abşeron  və Xəzər dənizi sahilyanı zolağının təbii şəraitində kənd (bağ) evinin günəş və külək enerjisi əsasında isti su təchizatı”  mövzusunda   05.23.03  -  “İstilik  təchizatı, ventilyasiya, qaz təchizatı və işıqlandırma”  ixtisasında texnika  üzrə fəlsəfə doktoru elmi  dərəcəsi almaq  üçün dissertasiya işinin müzakirəsi keçirilib.

| Tarix: 17 yanvar 2012  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>>“SMART GRID”-İNTELLEKTUAL ŞƏBƏKƏ (SİSTEM) mövzusunda seminar keçirilmişdir

16 yanvar 2012 - ci  il  tarixində  “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-də “SMART GRID”- İNTELLEKTUAL ŞƏBƏKƏ (SİSTEM) mövzusunda seminar keçirilmişdir. 

| Tarix: 16 yanvar 2012  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Elmi-Texniki Şura...

29 dekabr 2011-ci il tarixdə saat 1100-da İnstitutun illik fəaliyyətinə həsr olunmuş Elmi- Texniki Şuranın növbəti iclası keçirilmişdir.

| Tarix: 29 dekabr 2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Sumqayıt Dövlət Universitetində elmi konfrans keçirilmişdir...
15  dekabr  2011 - ci  il  tarixində   Sumqayıt  şəhərində   Sumqayıt  Dövlət  Universiteti  və “Azərbaycan   Elmi - Tədqiqat   və   Layihə  -  Axtarış   Energetika   İnstitutu”   MMC  -  nin “Elektroenergetikanın  müasir  problemləri”  mövzusunda  birgə  respublika  elmi   konfransı keçirilmişdir.

| Tarix: 21 dekabr 2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Beynəlxalq Elmi-Praktik Konfrans...
5 - 7   dekabr   2011  -  ci   il    tarixlərində    Böyük   Britaniyanın   Mançester Universitetinin təşkilatçılığı və  İEEE PES Beynəlxalq Təşkilatının dəstəyi ilə Mançester şəhərinin Central Complex arenasında  Europe 2011 İnnovative  Smart  Grid   Texnologies   adı  altında   Beynəlxalq Elmi - Praktik  Konfrans  keçirilmişdir.

| Tarix: 14 dekabr 2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> 12-ci Beynəlxalq Konfrans...
2012-ci  il  iyun  ayının  10 - dan 14-ə kimi İstanbul (TÜRKİYƏ) şəhərində ENÜES’2012, Ehtimal   Nəzəriyyəsi   Üsullarının   Enerji   Sistemdə   tətbiq   olunması  üzrə  12 - ci Beynəlxalq Konfrans keçiriləcəkdir.

| Tarix: 13 dekabr 2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Elektroenergetikanın müasir problemləri…

Sumqayıt  Dövlət  Universiteti,  " Azərbaycan   Elmi  -  Tədqiqat   və   Layihə   -   Axtarış  Energetika  İnstitutu"  MMC ilə birlikdə  “ELEKTROENERGETIKANIN  MÜASIR  PROBLEMLƏRI” mövzusunda RESPUBLİKA ELMİ KONFRANSI keçiriləcəkdir.

| Tarix: 03 noyabr 2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Terminoloji lüğət ...

“Energetika  sahəsinin  əsas  terminlərinin  izahlı   lüğəti. Terminoloji  lüğət” AZS 591-2011 Dövlət  Standartı   Azərbaycanın   elektroenergetika   sektorunda    fəaliyyət   göstərən müəssisələr, enerji istehsalı, enerji ötürücü və paylayıcı şəbəkələri və istehlakçı qurumlar arasında müasir iqtisadi və istehsal-istehlak münasibətlərini ifadə etmək üçün əsas sənəddir. 
Terminoloji   lüğət   energetikanın  bütün  sahələrində  çalışan  mütəxəssislər, mühəndis - texniki  heyyət, o cümlədən  müvafiq  elm  və  təhsil  sahələrində  işləyən  əməkdaşlar  və tələbələr  üçün nəzərdə tutulmuşdur. 

Azərbaycan   Respublikasının  Standartlaşdırma,  Metrologiya  və   Patent  üzrə  Dövlət Koçitəsinin 13. 05. 2011   -   ci   il    tarixli     079     nömrəli     Əmri    ilə    təsdiq    edilib   və     qüvvəyə    minib.   

| Tarix: 02 noyabr 2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Elmi-tədqiqat işlərinin doqquz aylıq hesabatlarının İnstitutun seminarında cari ilin 18 oktyabr tarixindən başlayaraq müvafiq şöbələr üzrə keçirilməsi nəzərdə tutulur...

“Azərenerji”  ASC  və   “Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış   Energetika İnstitutu”   MMC arasında bağlanmış 01-11 saylı, 07.01.2011-ci il tarixli İqtisadiyyatın dayanıqlı inkişafı və yüksək texnoloji  sistemlərin      avadanlıqların   tətbiqi   şəraitində Azərbaycan enerjisisteminin yaxın perspektivdə (2011-2015) effektiv fəaliyyəti istiqamətində elmi əsasların və praktiki tövsiyələrin işlənilməsimövzusunda vahid    müqaviləyə    əsasən   “AzET   və     LA Eİ ”   MMC  -  də aparılmış  elmi -  tədqiqat işlərinin doqquz  aylıq  hesabatlarının  İnstitutun  seminarında  cari  ilin  18  oktyabr  tarixindən başlayaraq müvafiq şöbələr üzrə keçirilmişdir. Seminarın iş qrafiki əlavə olunur.

 | Tarix: 06 oktyabr 2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış  Energetika  İnstitutunun direktoru cənab Yusifbəyli Nürəli «Qızıl Buta» mükafatının qaliblərindən biri oldu...
“ Dünya  Azərbaycanlıları ”   İctimai   Mərkəzi   “Qızıl Buta”   Mükafatının      növbəti      qaliblərinin     adını    açıqlayıb.  Sorğuya    Azərbaycan     Elmi   -   Tədqiqat   və   Layihə -Axtarış Energetika İnstitutunun direktoru cənab Yusifbəyli Nürəli   daxil       edilmişdir. Keçirilən    sorğuda    iştirak    edən respondentlərin 19 % iş adamı,14% elm xadimləri, 16 % məmurlar olmuşdur...

 | Tarix: 29 sentyabr  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Türkiyədə keçirilmiş Beynəlxalq konfrans...  

The 3rd International Confrance on Control and Optimization with Industrial Applications – COIA 2011

Konfransın əsas istiqamətləri:  
Conference topics include (but not limited to):

* Numerical Methods in Optimization (dynamic, convex, quadratic, integer, non-liner and stochastic programming techniques; inverse problems)...

 | Tarix: 06 sentyabr  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Doktoranturaya sənəd qəbulu elan olundu...

“Azərbaycan  Elmi  -  Tədqiqat   Layihə  -  Axtarış Energetika İnstitutu” MMC fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üçün  aşağıdakı    ixtisaslar    üzrə doktoranturaya    qəbul     elan    edir.

    | Tarix: 04 sentyabr  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Elmi-istehsalat jurnalının yeni nömrəsi təsis edildi..      

Müasir standartlara cavab verən “Electroenergetics-electrotechnics- electromechanics +  control” (  İSSN 2079 - 9659  ) elmi - istehsalat   jurnalının   növbəti  nömrəsi  ( Volume 2,  No.1 )  çapdan çıxmışdır...

       | Tarix: 02 sentyabr  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı... 

>>> Elmi-Tədqiqat işlərinin şöbələr üzrə hesabatı...      

Azərenerji”  ASC  və  “Azərbaycan  Elmi - Tədqiqat  və Layihə-Axtarış Energetika İnstitutu” MMC arasında 01-11 saylı, 07.01.2011-ci il tarixli “İqtisadiyyatın dayanıqlı inkişafı və yüksək texnoloji sistemlərin və avadanlıqların  tətbiqi  şəraitində  Azərbaycan enerjisisteminin yaxın perspektivdə  ( 2011 - 2015 )  effektiv  fəaliyyəti  istiqamətində   elmi  əsasların   və  praktiki tövsiyələrin işlənilməsi”  mövzusunda  bağlanmış  vahid  müqaviləyə və “Azərenerji” ASC-nin vitse-prezidenti tərəfindən təsdiqlənmiş elmi-tədqiqat  işlərinin planına uyğun olaraq, 2011-ci ilin I  yarımilliyində  yerinə  yetirilmiş  kompleks elmi-tədqiqat işlərinin şöbələr üzrə hesabatı cari ilin 16  iyun  tarixindən  24  iyun  tarixinə  kimi  keçirilmişdir (106 saylı, 09.06.2011-ci il tarixli əmr). 

        | Tarix: 14  iyun  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı... 

>>> Elmi əsərlər toplusu...
Təqdim  olunan  topluda  “Azərbaycan  Elmi  - Tədqiqat  və Layihə - Axtarış Energetika İnstitutu” MMC-nin əməkdaşları tərəfindən “Azərenerji” ASC-də təsdiq     olunmuş    “  Yeni      iqtisadi     inkişaf şəraitində      Azərbaycan     enerjisisteminin     enerji    effektivliyinin təmin   edilməsi   üzrə   kompleks məsələlərin tədqiq olunması və tövsiyələrin işlənilməsi” mövzusunda 01-10 saylı 15.02.2010 - cu il tarixli müqaviləyə və tematik plana uyğun olaraq 2010 -  cu  ildə  yerinə yetirilmiş  elmi- tədqiqat işlərinin nəticələri öz əksini tapmışdır. Toplunun    nəşrində    məqsəd   Azərbaycan    Respublikasının elektroenergetika  sisteminin iş şəraitində və inkişafı zamanı effektiv işinin təmin edilməsidir.

    | Tarix: 7 iyun  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...    

>>> “Az ET və LAEİ” MMC-də Elmi-Texniki Şura keçirilmişdir...

Gündəlikdə aşağıdakı məsələlərə baxılmışdır:
1. 01  -  10    saylı   15. 02. 2010   -   cu   il   tarixli  “   Azərenerji”  ASC    ilə   “  Azərbaycan    Elmi  - Tədqiqat   və  Layihə - Axtarış  Energetika İnstitutu” MMC arasında bağlanmış “Yeni iqtisadi   inkişaf şəraitində Azərbaycan enerjisisteminin enerji effektivliyinin təmin edilməsi üzrə kompleks  məsələlərin tədqiq  olunması  və tövsiyələrin işlənilməsi” mövzusunda müqaviləyə   daxil   edilmiş   və  yerinə yetirilmiş elmi  - tədqiqat hesabatlarının nəticələri (məruzəçi-tex.e.d.,prof.N.A.Yusifbəyli)

      | Tarix: 11 yanvar  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> Elmi-istehsalat jurnalı təsis edildi...

“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin elmi-texniki fəaliyyəti institutun elmi əməkdaşları tərəfindən müxtəlif vaxtlarda    tərtib    olunmuş    elmi    hesabatlar,  elmi   əsərlər   və  elmi məruzələr  şəklində  bir  çox elmi  və   elmi -  texniki   nəşrlərdə  təqdim  olunur.  Bununla yanaşı,  “ Az ET  və  LAEİ ”   MMC  -   nin  elmi -  praktiki fəaliyyətini əks etdirən yeni elmi-istehsalat  jurnalının  təsis edilməsinə zərurət yaranmışdır.

    | Tarix: 10 yanvar  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...

>>> İran İslam Respublikasının Təbriz şəhərində Beynəlxalq Konfrans keçirilmişdir...

14-16 sentyabr 2010 - cu ildə İran İslam  Respublikasının Təbriz şəhərində “6 - th   International   Conference   on Technical   and Physical problems of  Power  Engineering” Beynəlxalq  Konfrans keçirilmişdir. Konfransın işində Az ET və LAE İnstitutun MMC -nin əməkdaşlarından 15 nəfəri energetikanın fundamental və tətbiqi problemlərinə həsr olunmuş 15 məqalə ilə iştirak etmişdir.

| Tarix: 05 yanvar  2011  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı...   

>>> 14-15 oktyabr 2010-cu ildə  EİFTP –nə həsr olunmuş dıyirmi masa keçirilmişdir...  

Texnologiyalardakı ciddi dəyişikliklər, istehsalın mürəkkəbliyi və elm tutumluluğu, yeni nəsil informasiya sistemlərinin meydana gəlməsi, istehsalın və bazarın qloballaşması, iri həcmli layihələr və alternativ   enerji    mənbələrinin    tətbiqi   və   s.,   sistem   analizi prinsiplərinə arxalanan  elmi   əsaslarla  həll oluna   biləcək enerji   təhlükəsizliyi, enerjiyəqənaət və enerji effektivliyinin göstəricilərinin təyin olunması üzrə elmi əsaslandırılmış kriteriyaların və   metodikaların  işlənməsi üçün daxili və xarici   qüvvələrin    koordinasiya    edilməsi   zərurətini gücləndirmişdir.          

 | Tarix: 16 oktyabr 2010  | Kateqoriya:  >>> Xəbərlər  | Ətraflı... 

>>> 21 may 2010-cu ildə keçirilmiş konfrans...

Bu gün Bakıda 2-ci Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə sərgisi başlayırSumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən 2010-cu il 21 mayda "Sumqayıt     Şəhərinin   sosial  -   iqtisadi    inkişafının   prioritet istiqamətləri"    mövzusunda    konfransda   institutun   tədris  və innovasiya  məsələləri   üzrə   direktor  müavini dos.H.B.Quliyev "Sumqayıt     sənaye     qovşağının    ölkənin    elektroenergetika təhlükəsizliyində yeri" mövzusu ilə çıxış  etmişdir...                       

    | Tarix: 22  may  2010 | Kateqoriya: >>> Xəbərlər | Ətraflı...

Proqramlar

Kitabxana 

 

Elektron kitabxana

Məsul icraçı
t.e.n. Y.Z. Fərzəliyev
 

Təhsil portalı

    
|-Məsafədən təhsil-|
Öyrətmək             Yoxlamaq

Məsul icraçı
t.e.n. A.Z. Fedorsov
 

İşlənilmişdir

İnformasiya texnologiyaları 
və innovasiya şöbəsi

İşlərin rəhbəri
t.e.d. S.S. Babayev  

Məsul icraçı
Aparıcı mühəndis-proqramçı

İ.Y. Məstəliyev
                    

"Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış  Energetika  İnstitutu"  MMC