"Azərbaycan
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu"
Məhdud Məsuliyyətli
Cəmiyyəti ("AzETvəLAEİ" MMC)
ildə “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin (ASC)
strukturunda fəaliyyət göstərən üç
institutun: elmi-tədqiqat və iki layihə institutunun
birləşdirilməsi ilə yaradılmışdır.
Birləşmənin
məqsədi: idarəetmə strukturunun optimallaşdırılması,
Azərbaycan Respublikasının elektroenergetika sisteminin
fəaliyyətinin və inkişafının elmi və
layihə məsələlərinin tətbiqinin yaxınlaşdırılması.
İnstitutda
310 nəfərlik heyətlə elmi,
layihə və ümumi
bölmələr fəaliyyət göstərir.
Azərbaycan
Elmi – Tədqiqat və Layihə – Axtariş Energetika Institutunun
Inkişaf Mərhələləri (elmi
hissə)
Elmi bölmə
(əvvəlki "Azərbaycan Elmi-Tədqiqat Energetika" institutu)
Azərbaycan
Elmi-Tədqiqat Energetika İnstitutu öz başlanğıcını
1933-cü ildə SSRİ Elmlər Akademiyasının
Azərbaycan bölməsində Bakı şəhərində
Energetika Sektorunun
yaradılmasından ğötürmüşdür.
Energetika
Sektorunun fəaliyyəti respublikanın su-energetika resurslarının
təyin olunmasına, onların enerjisistemdə effektiv
istifadəsi üçün metodların işlənməsinə,
enerjisistemin xüsusi rejimlərinin öyrənilməsi
və onların hesabat metodlarının işlənməsinə,
neft sənayesinin energetika və avtomatika
məsələlərinə, ideal qazdan az fəqlənən
qazların termodinamikasının tədqiqinə və neft
karbohidrogenlərinin və onların fraksiyalarının
ümumiləşmiş hal tənliklərinin işlənməsinə
yönəldilmişdi.
1941-ci
ildə SSRİ Nazirlər Kabinetinin Qərarı ilə
Energetika Sektoru Azərbaycan Elmlər
Akademiyasının Elmi-Tədqiqat Energetika İnstitutuna (ETEİ)
çevrildi. Bu dönəmdə institutda su və külək-energetik
resursların təyini və onlardan səmərəlı
istifadə, respublika enerjisisteminin strukturunun və onun Cənubi
Qafqaz respublikalarının
enerjisistemləri ilə əlaqələrinin təyini, neft
sənayesinin energetika məsələləri üzrə
tədqiqatlar aparılmışdır. Sonralar bir çox
elmi tədqiqatlar yeni iri elektrik stansiyalarının və
elektrik veriliş xəttlərinin tikintisi, böyük
sənaye qovşaqlarının meydana gəlməsi ilə
əlaqədar olaraq respublika enerjisisteminin inkişafının
aktual məsələri ilə təyin olunurdular.
1963-cü
ildə Energetika İnstitutu İ.Q.Yesman adına Azərbaycan
Elmi-Tədqiqat Energetika İnstitutu adı altında SSRİ
Energetika və Elektrikləşdirmə Nazirliyinin tabeçiliyinə
verildı.
Elmi
mövzular SSRİ Hökumət orqanlarının ümumittifaq
və sahə elmi proqramlarına uyğun tərtib olunmağa
başlandı. Ümumi energetika sahəsində və başqa
sahələrdə aşağıdakı
istiqamətlərdə tədqiqatlar inkişaf etdirildi:
respublikanın yanacaq-energetika balansının tərtibi
və onun əsasında xalq təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişafı (sənaye,
kənd təsərrüfatı, kommunal-məişət x
idmətləri
və s.); elektron hesablama maşınları və yeni, müasir
modelləşdirmə metodları əsasında enerjisistemin
mürəkkəb rejimlərinin idarə olunması; yeni
elektrokimyəvi prinsiplər əsasında cihazların və
informasiya-ölçmə sistemlərinin yaradılması;
suyun və buxarın istilik mübadiləsi və istilik-fiziki
tədqiqatı, dəniz suyunun və duzlu suyun istilik elektrik
stansiyalarında istifadəsinin tədqiqi; qısa qapanma
cərəyanlarını yeni məhdudlaşdırma metodları
əsasında enerji avadanlığının etibarlılığının
artırılması metodları; yüksək gərginlik
xətlərinin ildırımdan effektiv müdafiə
sistemlərinin işlənməsi; ətraf mühitin qorunması
üzrə tədqiqatlar; bərpa olunan enerji
mənbələrindən (külək enerjisi, heotermal istilik
mənbələri) istifadə; yüksək gərginlikli
elektrik xəttlərinin insanlara və mexanizmlərə
təsirindən effektiv müdafiəni təmin edən işləmələr
və s.
SSRİ
dağılandan və Azərbaycan Respublikası öz müstəqilliyinə
qovuşduqdan sonra (1992-ci il) AzETEİ müstəqil
elmi təşkilat kimi fəaliyyət göstərməyə
başladı.
Elmi
mövzuların əsas istiqaməti Azərbaycan Respublikasının
elektroenergetika sahəsinin
problemləri ilə onun fəaliyyətinin və inkişafının
iqtisadi və texniki problemləri, enerjinin istehsalı və
istehlakının səmərəliliyinin
təmini problemləri ilə təyin olunur.
"Elektrik
stansiyalarının layihələndirilməsi" bölməsi
(əvvəlki "Bakıhidrolayihə" institutu)
«Bakıhidrolayihə»
institutu 1945-ci ilin iyul ayında SSRI ålåktrik stansiyaları Õalq
Komissarlığının müvafiq qərarı ilə
Mingəçåvir su-ålåktrik stansiyasının tikintisinin
bərpası və bununla əlaqədar layihə-småta
sənədlərini hazırlamaq üçün yaradılmışdır.
Bu
sahədə yåganə ålmi-praktiki qurum kimi fəaliyyət göstərən
institut zəngin təcrübə toplamış, öz sıralarını
təcrübəli mütəõəssislərlə möhkəmləndirmiş,
fəaliyyət dairəsini gåtdikcə gånişqləndirərək,
təkcə råspublikada dåyil, åləcə də bir çoõ
ölkələr üçün su qovşaqlarının
komplåks layihəsini hazırlamaq statusuna yüksəlmişdir.
Institutun
layihələri əsasında Àzərbaycanda Mingəçåvir,
Varvara, Şəmkir, Tərtər, Yånikənd su-ålåktrik
stansiyaları, İranla müştərək Àraz və Mil-Muğan
su qovşaqları, Iranda Muğan magistral kanalı və SÅS,
Dağıstanda Çir-Yurd ¹1 və ¹ 2, Çirkåy
və Yårgåbil, Vyåtnamda Tkak-Ba və Õoa-Bin SÅS-ləri və
sairə inşa ådilib, istifadəyə vårilmişdir. Bu möhtəşəm
su qurğuları bu gün də həmin ölkələrin
iqtisadiyyatında öz mühüm rolunu oynamaqdadır.
«Bakıhidrolayihə»
institutunda yuõarıda adı çəkilən komplåks su qovşaqlarının
layihələndirilməsindən əlavə bir nåçə
sõåm də işlənilmişdir. Bunlardan – «Àzərbaycanın
su åhtiyatlarının mühafizəsi və istifadəsinin
baş sõåmi», Kür çayının orta aõarının
komplåks istifadəsi sõåmi», «Sulak çayının su åhtiyatlarının
istifadə sõåmi», «Àraz çayının su åhtiyatlarından
istifadə
sõåmi», «Àzərbaycan råspublikasında su-ålåktrik stansiyalarının
və hidroakkumulyasiya stansiyalarının yårləşdirilməsi
sõåmi», «Kür çayı hövzəsinin su åhtiyatlarından
komplåks istifadə və mühafizə sõåmi»nin «Ånårgåtika
bölməsi» ni və sairəni misal göstərmək
olar. Åyni zamanda, institutun mütəõəssisləri
tərəfindən Àzərbaycanda ånårgåtikanın və o cümlədən
kiçik ånårgåtikanın potånsialını və tikintisi
zəruri olan birinci növbəli obyåktləri müəyyən
åtmək məqsədi ilə, «Kiçik ånårgåtikanın
inkişafının əsas istiqamətlərinin tåõniki-iqtisadi
əsaslandırılması» layihəsi və «Àzərbaycan
Råspublikasında hidroånårgåtikanın inkişaf proqramı»
da işlənib hazırlanmışdır.
Kåçən
əsrin 80-ci illərinin birinci yarısında «Àraz çayının
su åhtiyatlarından komplåks istifadə sõåmi»nə
əsasən, sərhəd Àraz çayı üzərində
tikiləcək Õudafərin və Qız-Qalası su qovşaqlarının
tåõniki layihələri yårinə yåtirilmişdir. Bu
layihələr kåçmiş sovåtlər birliyinin, həmçinin
Iran Islam Råspublikasının səlahiyyətli təşkilatları
tərəfindən baõılıb təsdiq ådilmişdi. Hal-hazırda,
institutun əməkdaşları, 1992-ci ildə IIR ilə bağlanmış
ikitərəfli müqaviləyə uyğun olaraq, Àraz
çayı üzərində Õudafərin və Qız-Qalası
su qovşaqlarının Iran ərazisində yårləşən
hidrotåõniki qurğularına aid işçi cizgilərinin
hazırlanması ilə məşğuldur.
1990-2004-cü
illər ərzində «Bakıhidrolayihə» institutu
tərəfindən hazırlanmış Àzərbaycan
ərazisində Tovuz, Mil, Vayõır, Àrpaçay, Ordubad,
Litvada Kayşador, Mərakåşdə Kudial-Ål Porfa, su qovşaqlarının
layihələri, Vyåtnam Råspublikasında Tõak-Ba su-ålåktrik
stansiyasının avadanlıqlarının modårnləşdirilməsi
ilə əlaqədar hazırlanmış layihə və başqaları
öz vaõtında və yüksək kåyfiyyətlə sifarişçiyə
təqdim olunmuşdur.
Iran
Islam Råspublikasının Şərqi Àzərbaycan Ərdəbil
Rågional Su Təsərrüfatı Şirkəti ilə bağlanmış
müqaviləyə əsasən, «Bakıhidrolayihə»
institutunun mütəõəssisləri on ildən artıq müddətdir
ki, orada tikilən irriqasiya təyinatlı Nəhənd, Param,
Uştula, Əhər, Yamçı, Əcəbşir,
Vənyar, 1 və 2 saylı Tac-Yar su qovşaqları , 1
və 2 saylı Yamçı kanalları üzrə,
Təbriz agroportu sahəsindəki sugötürücü
bəndi üzərində, åləcə də Õürrəmdaraq,
Mårkid, Səhənd bəndlərində gåoloji-aõtarış
işlərini yårinə yåtirir.
Institutun
õarici ölkələrlə əməkdaşlığı
bu gün də davam åtdirilməkdədir. 1995-ci ildən
Təbriz şəhərində «Bakıhidrolayihə»
institutunun daimi nümayəndəliyi fəaliyyət göstərir.
ÀBB
Ponår Gånåration Ltd, Badån-Isvåçrə firması ilə
1999-cu ildə, institutun mütəõəssisləri uzun müddət
istismarda olan avadanlıqları mənəvi və fiziki
cəhətdən köhnəlmiş 1 saylı Bakı
Istilik Ålåktrik Mərkəzinin tåõniki modårnləşməsi
layihəsini işləyib hazırlamış, birinci blokun
layihəsi õarici sifarişçi tərəfindən yüksək
qiymətləndirilmiş və 2000-ci ildə həmin paramåtrlərlə
ikinci blokun da layihəsinin hazırlanması instituta tapşırılmışdı.
Institutun
layihələri əsasında inşa olunmuş və uzun müddət
müvəffəqiyyətlə istismar olunan çoõsaylı
hidrotåõniki qurğular, layihələrin həyata kåçirilməsində
tåõniki tərəqqinin ardıcıl və davamlı
tətbiqi õalq təsərrüfatının mühüm obyåktlərində
iqtisadi səmərəliliyin yüksəldilməsi, iståhsalatda
işlədilən matårialların azaldılması
sahəsindəki fəaliyyəti, bu təşkilatın
öz «dəsti-õətti» olduğuna əyani sübutdur.
1997-ci
ildən «Bakıhidrolayihə» institutu Àvropa birliyinin «TÀCIS»
proqramı üzrə məsləhətçisidir.
Båynəlõalq
əlaqələrə görə institut 1981-ci ildə «Qızıl
Mårkuri» kiçik håykəli ilə, 2005-ci ilin fåvral ayında
isə kåyfiyyət və yåni tåõnologiyalar üzrə Båynəlõalq
«Àrch of Åuropå» qızıl mükafatına layiq görülmüşdür.
"Elektrik şəbəkələri və yarımstansiyaların
layihələndirilməsi" bölməsi (əvvəlki
"Enerjişəbəkəlayihə"
institutu)
Keçmiş
SSRİ-nin ümumi ittifaq elmi-tədqiqat “Enerjilayihə”
institutunun Azərbaycan bölməsi 1963-cü ildə yaradılıb.
1991-ci
ildə bölmənin əsasında müstəqil
“Enerjilayihə” institutu təşkil olunub.
1997-ci
ildə Azərbaycan Elmi-Tədqiqat Energetika və
Azərbaycan Enerjilayihə institutları birləşdirilərək
onların əsasında “Azərbaycan Elmi-Tədqiqat
Energetika və Enerjilayihə” institutu yaradılıb.
Bu
institutun tərkib hissəsi olan keçmiş
“Enerjilayihə” institutu hal-hazırda “Elektrikşəbəkə”
bölməsi kimi fəaliyyət göstərir.
Bölmənin
43 illik fəaliyyəti ərzində 4000-dən çox
layihə yerinə yetirilib. Layihələrin əksər
hissəsi yeni 330, 220, 110 və 35 kV-lik qapalı və açıq
tipli yarımstansiyaların və 500-35 kV-lik elektrik veriliş
kabel və hava xəttlərinin tikilməsinə aiddir. Bunların
arasında qapalı “220 kV Sənaye qovşağı YS”,
açıq tipli “330 kV Xaçmas YS”, “110 kV Sanqaçal
YS”, “500-330 kV AzDRES-Abşeron HX”, “220 kV Şimal DRES-Hövsan
HX” vacib və çətin layihələri qeyd etmək
olar.
Bununla
yanaşı bölmədə bir çox mövcud yarımstansiyaların
və xəttlərin yenidən qurulmasına aid
layihələr də yerinə yetirilib.
Bölmə
öz layihələrində müasir yerli və xarici avadanlıqların
istifadəsinə üstünlük verir və bu
səbəbdən Rusiya, Almaniya, Fransa, Çin, İran, Türkiyə
firmaları ilə sıx əməkdaşlıq edir və
bu ölkələrin firmalarının mühəndisləri
ilə bir çox birgə layihələr yerinə yetirilib.
“Elektrikşəbəkə”
bölməsində 5 şöbə fəaliyyət göstərir:
1.
“Elektrik verilişi xətlərinin
layihələndirilməsi şöbəsi (EVX) 35 və
yüksək gərginlikli EVX”
2.
“Yarımstansiyaların
layihələndirilməsi şöbəsi”
3.
“Rele mühafizəsi və
avtomatlaşdırılmış idarəetmənin
layihələndirilməsi” şöbəsi
4.
“Enerjisistemin perspektiv inkişafı
sxeminin layihələndirilməsi”
şöbəsi
5.
“Layihədən
əvvəl tədqiqat” şöbəsi 
Bölmə
tərəfindən layihələndirilmiş
ən iri obyektlər aşağıdakılardır:
1.
330/110/10 kV Xaçmas YS –
tender
sənədləri
2.
220/110/10 kV Sumqayıt
Sənaye
Qovşağı
YS (qapalı 220 və 110 kV
paylayıcı quruluşları ilə)
3.
220/35/6 kV Nizami YS (qapalı
220
və 35 kV paylayıcı quruluşları ilə)
4.
220/110/10 kV Müşviq YS
5.
330/230/110/35 kV İmişli YS
6.
220 kV İmişli – Zabrat – Sənaye
qovşağı
EVX
7.
110 kV Ağstafa –
Gədəbəy EVX
Abşeron
enerji qovşağının 110 kV və yuxarı
gərginlikli şəbəkələrinin 2015-ci ilə
perspektivini nəzərə alınmaqla 2009-2012-ci
illərə inkişaf sxemi.