Azərbaycan  Elmi - Tədqiqat  və Layihə - Axtarış Energetika  Institutu

  Ana səhifə
  İnstitut haqqında
  Dövri nəşrlər
  Məqalələr
  Struktur
  Elmi şura
  Yükləmə
  Əlaqə
  Linklər
  Axtarış

Institutun Loqotipi

Ünvan
 Ünvan:
Baki şəh., Həsən bəy Zərdabi prospekti, 94

Tel/Faks:
(+994012) 432-80-76
(+994012) 431-60-47

Poçt indeksi:
 
Az1012
>>>Dövri nəşrlər

"EnergetİkanIn problemlərİ"

elmi-texniki jurnalı

 

Məsul katib - Qurbanov Kamil Bəxtiyar oğlu

 

Tel.():          99412 439-41-61

                    99412 439-44-02

Faks:            99412 447-04-56

E-mail:          arif@physics.ab.az

 

 

 

JurnalIn bütün nömrələrİnİn mündərİcatI

 

Burada siz jurnalın bütün buraxılışlarının mündəricatı ilə tanış ola bilərsiniz. Bunun üçün tələb olunan buraxılışı aşağıdakı cədvəldən seçmək lazımdır.

 

Buraxılış ili

Buraxılış nömrəsi

2000

1

2

3-4

 

2001

1

2

3

4

 

2002

1-2

3

4

 

2003

1

2

3

4

5

2004

1

2

3

4

 

2005

1

2

3

4

 

2006

1-2

3-4

 

2007

1

2

 

 

 

 

 

Jurnala məqalələrİn təqdİm olunmasI qaydalarI

 

1.   Ümumi qaydalar.

 

 

"Energetikanın problemləri" jurnalında energetikanın kompleks problemləri, elektroenergetika, istilik energetikası, elektrofizika, elektrotexnologiya, informatika ve yeni texnika sahələrinə həsr olunmuş elmi-texniki məqalələr dərc edilir, eyni zamanda cari xronika da verilir.

 

Jurnalın əsas məqsədi yüksək elmi keyfiyyət kriteriyalarına cavab verən orijinal elmi-texniki məqalələrin dərc edilməsidir.

 

Jurnal eyni zamanda konfranslar, simpoziumlar, elmi məktəblər, ümumiyyətlə elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatları da dərc edir.

 

Redaksiya heyəti, bu və ya digər səbəblərdən, jumalın tələblərini təmin etməyən məqalələri dərc etməmək hüququnu özündə saxlayır.

 

 

2.   Məqalələrin təqdim edilməsi.

 

Bütün məqalələr  göstərilən e-mail ilə (bax səhifənin əvvəlinə), və ya aşağıda göstərilən ünvana, jurnalın redaksiyasına göndərilməlidir:

 

 

Azərbaycan, Az1143, Bakı, Hüseyn Cavid prospekti, 33

 

Azərbaycan MEA Fizika İnstitutu

 

 

3. Məqalələrin mətninin dili.

 

Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul edilir. Respublika müəlliflərinin məqalələri yalnız azərbaycan və ya rus dillərində, yaxın xarici ölkələrdən olan müəlliflərin məqalələri yalnız rus dilində, uzaq xarici ölkələrin müəlliflərinin məqalələri isə yalnız ingilis dilində qəbul edilir.

 

 

4. Məqalələrin tərtib edilməsi qaydaları.

 

4.1.    Məqalələr, jurnalın redaksiyasına disk təqdim etməklə, fərdi kompüterdə, A4 formatlı

 

ağ kağızda, səhifənin parametrləri: yuxarıdan və aşağıdan - 2 sm, soldan və sağdan - 2,5 sm məsafə ilə, Times New Roman (azərb. dilində mətnlər - Tİmes L - lat. əlifbası ilə) şriftində yazılaraq, 1 nüsxədə, sətir aralığı 1 interval olaraq şərtilə çap edilərək, təqdim edilir.

 

4.2.    Məqalələrin  ümumi həcmi, qrafiki materiallar, fotolar, cədvəllər, düsturlar, ədəbiyyatın siyahısı və xülasələr də daxil olmaqla 8 səhifədən yuxarı olmamalıdır.

 

4.3.  Məqalənin birinci səhifəsinin sol küncündə Universal onluq təsnifatı (UOT) üzrə indeksi göstərilməlidir. Sonra 1 interval aşağıdan, qalın və böyük hərflərlə məqalənin adı yazılır. Sonra 1 interval aşağıdan, qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) soyadı, adı və atasının adının baş hərfləri yazılır. 1 interval aşağıdan məqaləni təqdim edən təşkilatın adı yazılır. 1 interval aşağıdan, məqalənin mətninin dilinə uyğun olan, həcmi 10 sətirdən çox olmamaq şərtilə, 12 şrifti ilə çap edilən xülasə, məqalənin əsas mətninin önündə verilir.

Sonra 1 interval aşağıdan məqalənin əsas mətni 12 şrifti ilə çap edilir. Bilavasitə məqalənin mətninin davamı olaraq, heç bir başlıq vermədən, yalnız 20-25 simvolluq xətt çəkərək, say sırası ilə istifadə edilən ədəbiyyatın siyahısı verilir. Sonra ardıcıl olaraq rus (və ya azərbaycan) və ingilis dillərində olan xülasələr (12 şrifti ilə çap edilərək) verilir.

 

Məqalənin mətninin sonunda, əlaqə telefonları, telefakslar ve E - mail-i göstərməklə, müəlliflər məqaləni imzalayırlar.

 

4.4.    Məqalənin qrafiki materialları, fotolar, cədvəllər, düsturlar mətnə uyğun yerlerdə yerləşdirilməlidir. Qrafiki materialların şərhinə aid olan yazılar məqalənin mətnində verilməlidir. Qrafiki materiallarda ədədi və ya hərfi işarələr göstərilərək, uyğun izahatlar mətnin içərisində verilməlidir. Qrafiki materialların aşağı hissəsində say sırası verilir ve adı yazıla bilər (misal üçün, Şək.3. Sınaq qurğusunun sxemi).

 

4.5.    Ədəbiyyat say sırası qeyd edilməklə, orjinalın dilində verilir. Müəlliflərin soyadı, adı və atasının adı kursivdən istifadə etməklə yazılır.Ədəbiyyatın siyahısı aşağıda verilən nümunələr üzrə tərtib edilir.

 

 

Kitablar

 

1.  Разевиг Д.В., Соколова М.В. Расчет начальных и разрядных напряжений  

     газовых промежутков. М.: Энергия, 1977.- 178 с.

 

 

2.   De Gennes P.G. The Physics of Liquid Crystalls. London: Cambridge Univ.   

      Press, 1974.

 

Jurnallar

 

3.  Аганов В.Г., Разевиг Д.В. II Электричество.-1972.- № 5.- с. 32-36.

 

 

4.  Ələkbərov O.Z. II Fizika-1999-№ 3 - s.44-49.

 

 

Depone edilmiş əl yazması.

 

5. Иванов Л.П. М„ 1985. 40с. - Деп. в ВИНИТИ 25.10.85, №19233.

 

 

Dissertasiyalar

 

6.   Петров   В.Г.   Дис.   канд.   физ.-мат.   наук.   Л.:   Институт      

      Высокомолекулярных соединений, 1985.

7.   Сидоров Н.В. Дис. д-ра хим. наук. Новосибирск: Институт Химии, 1979.

 

 

Müəlliflik şəhadətnamələri və patentlər

 

8.   Алиев С.Г., Джалалов К.Х. А.С. 163514, СССР // Б.И. 1988. № 4.С.50

9.   Пат. 3386968 США // РЖ. ФИЗ. 1970, 25, с. 400.

 

10. Langsam M., Savoca A. C.L. Pat. 4759776, USA, 1988.

 

 

Konfranslar, simpoziumlar

 

11. Медведев П. Т. II Тез. докл. III Всесоюз. Совещ. по проблемам энергетики.          Л.: Изд. ЛПИ. 1984. с.30.


 

    | Tarix: 31 Oktyabr 2009 | Kateqoriya: >>>Dövri nəşrlər | Ətraflı...

Arxivatorlar

WinZip 

WinRar

WinArj

DJVU

free downloads

Kitabxana 

 

Elektron kitabxana

 

Test

 

|--Məsafədən təhsil --|
Öyrətmək                Yoxlamaq

 

"Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış  Energetika  İnstitutu"  MMC,  2010