Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış Energetika  Institutu

  Ana səhifə
  İnstitut haqqında
  Dövri nəşrlər

  Elmi nəticələr

  Struktur
  Elmi şura
  Qanunvericilik
  Əlaqə
  Əməkdaşlıq
  Axtarış

Institutun Loqotipi

 

Ünvan
Baki şəh., Həsən bəy Zərdabi prospekti, 94

Tel/Faks:
(+994012) 432-80-76
(+994012) 431-60-47

Poçt indeksi:
 
Az1012
>>> Doktoranturaya sənəd qəbulu elan olundu...

ELAN

“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üçün aşağıdakı ixtisaslar üzrə doktoranturaya qəbul elan edir.

 05.09.03 – “Elektrotexniki komplekslər və sistemlər”

05.14.02 – “Elektrik stansiyaları və elektroenergetik sistemlər”

05.14.12 – “Yüksək gərginliklər texnikası”

 Doktoranturaya sənədlər sentyabr ayının 01-dən 30-dək qəbul edilir. Qəbul imtahanları oktyabr ayında keçiriləcək.

Energetika sahəsinin fəaliyyətinin, dinamik inkişafının tətbiqi və fundamental məsələlərinin həll olunmasının, bu sahədə  kadr potensialının inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli 235 saylı qərarına əsasən “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”na daxil edilmiş “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış  Energetika İnstitutu”  MMC-də 2011-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə İnstitutun istiqamətlərinə uyğun doktoranturaya illik qəbul planı təsdiq olundu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129¹-li 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

• Kadrların şəxsi-qeydiyyat vərəqi;

• Tərcümeyi-hal;

• İş yerindən xasiyyətnamə;

• 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

• Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

• Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

• Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji naliyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

• Kadrların şəxsi-qeydiyyat vərəqi;

• Tərcümeyi-hal;

• 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• İş yerindən xasiyyətnamə;

• Əmək kitabçasından çıxarış

• Çap olunmuş elmi işlərin siyahısı;

• “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

• Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;

• Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənədlər sentyabr ayının 1-dən ilin sonunadək qəbul edilir.

Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.

İxtisas üzrə ayrılmış yerlərin sayı elmi müəssisələr üzrə təsdiq olunmuş planlarda göstərilmişdir.


Azərbaycan Respublikasının “AZƏRENERJİ” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan

Azərbaycan Elmi-Tədqiqat və   Layihə  - Axtarış Energetika İnstitutu (MMC) üzrə

2011 – ci il üçün elmi kadrların hazırlığına dair

QƏBUL PLANI

 


Elmi müəssisə və təşkilatların adı


İxtisas kodu

2011 – ci ilə qəbul p-lanı

Fəlsəfə doktoru hazırlıgı üzrə

Elmlər doktoru hazırlığı üzrə

Dissertantura yolu ilə kadr hazırlığı

Cəmi

O cümlədən

Cəmi

O cümlədən


Fəlsəfə doktoru


Elmlər doktoru

əyani

qiyabi

əyani

qiyabi

1

2

3

4

5

6

7

8

9

10

Azərbaycan Elmi-Tədqiqat və   Layihə  - Axtarış Energetika İnstitutu (MMC)

Elektrotexniki komplekslər və sistemlər

 05.09.03

 1

 -

 1

 -

 -

 -

 1

 1

Elektrik stansiyaları və elektoenergetik sistemlər

 

05.14.02

 

4

 

1

 

3

 

1

 

-

 

1

 

1

 

2

Yüksək gərginliklər texnikası

 05.14.12

 2

 1

 1

-

 -

 -

 -

 1

                  Cəmi:

7

2

5

1

-

1

0

4

    | Tarix: 04 sentyabr  2011  | Kateqoriya:  >>> Xəbərlər  |     

Proqramlar

Arxivatorlar

WinZip 

WinRar

WinArj

DJVU

Kitabxana 

 

Elektron kitabxana

 

Təhsil portalı

    
|-Məsafədən təhsil-|
Öyrətmək             Yoxlamaq

                    

Təhsil portalı

    
|-Məsafədən təhsil-|
Öyrətmək             Yoxlamaq

                    

"Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış  Energetika  İnstitutu"  MMC,  2011