Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış Energetika  Institutu

>>>14-15 oktyabr 2010-cu ildə  EİFTP –nə həsr olunmuş dıyirmi masa keçirilmişdir...

ENERGETİKANIN İNKİŞAFININ FUNDAMENTAL

 VƏ TƏTBİQİ PROBLEMLƏRİ (EİFTP)


 14-15 oktyabr 2010-cu ildə  Energetikanın inkişafının fundamental  və tətbiqi problemləri”nə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir.
Texnologiyalardakı ciddi dəyişikliklər, istehsalın mürəkkəbliyi və elm tutumluluğu, yeni nəsil informasiya sistemlərinin meydana gəlməsi, istehsalın və bazarın qloballaşması, iri həcmli layihələr və alternativ enerji mənbələrinin tətbiqi və s., sistem analizi prinsiplərinə arxalanan elmi əsaslarla həll oluna  biləcək enerji təhlükəsizliyi, enerjiyəqənaət və enerji effektivliyinin göstəricilərinin təyin olunması üzrə elmi əsaslandırılmış kriteriyaların və metodikaların işlənməsi üçün daxili və xarici qüvvələrin koordinasiya edilməsi zərurətini gücləndirmişdir.
Azərbaycan yanacaq-enerji kompleksinin intensiv inkişafı, onun Cənubi Qafqaz regionunda dominant mövqeyi, gələcək Avrasiya enerji birliyində birləşdirici element statusunun güclənməsi “Dəyirmi masa”nın Bakı şəhərində keçirilməsini aktuallaşdırır.
Tədbir “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin 70 illik yubileyinə həsr edilmi
şdir

“Dəyirmi masanın” tematikası

 

1. Elektroenergetika sistemlərinin inkişafı şəraitində enerji təhlükəsizliyinin problemləri və həlli məsələləri.

2. Enerjieffektivlik – elektroenergetikanın inkişafında strateji istiqamət.

3. Liberallaşma və modernizasiya şəraitində elektroenerge­tikada iqtisadi və texnoloji idarəetmənin prinsip və üsulları.

4. Müasir innovasiya texnologiyaları və onlardan effektiv istifadənin nəticələri.

5. Elektroenergetika sistemlərinin dayanıqlı inkişafının artırılmasında alternativ enerji mənbələrinin rolunun qiymətlən­dirilməsi.

6. Elektroenergetika sistemlərinin inkişafının iqtisadi aspektləri.

7.  Elektroenergetika sahəsində dövlətlərarası kooperasiyanın sistem məsələlərinin və onun hüquqi bazasının vəziyyətinin qiymətlən­dirilməsi.

                 

     | Tarix: 16 oktyabr 2010  | Kateqoriya:  >>>Xəbərlər  | 

"Azərbaycan  Elmi - Tədqiqat  və  Layihə - Axtarış  Energetika  İnstitutu"  MMC,  2010