5-7 dekabr 2011-ci il tarixlərində Böyük
Britaniyanın Mançester Universitetinin təşkilatçılığı
və İEEE PES Beynəlxalq Təşkilatının
dəstəyi ilə Mançester şəhərinin Central
Complex arenasında Europe
2011 İnnovative Smart Grid Texnologies adı altında
Beynəlxalq Elmi-Praktik Konfrans keçirilmişdir.
Dünyanın əksər ölkələrinin
qabaqcıl alimlərinin qatıldığı bu
mötəbər Konfransda Azərbaycanı “Azərbaycan
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”
MMC-nin direktoru professor N.A.Yusifbəyli
və İnstitutun direktor müavini dosent H.B.Quliyev
təmsil etmişlər.
Konfransın işində
elektroenergetika sistemləri rejimlərinin intellektual idarə
olunması üçün innovativ Smart Grid texnologiyalarının
tətbiqi və realizasiyasına dair müxtəlif ölkə
alimlərinin çıxışları dinlənilmişdir.
Konfransın Rusiya Elmlər Akademiyasının
müxbir üzvü, professor N.İ.Voropayın sədrlik
etdiyi sessiyasında prof. N.A.Yusifbəyli “İntelligent
Control System of Voltage Regimes in the Electrical Networks” mövzusunda
məruzə ilə çıxış etmişdir.
Məruzə maraqla dinlənilmiş və yüksək
qiymətləndirilərək Konfransın materiallar toplusuna
daxil edilmişdir.