15 dekabr 2011-ci il tarixində Sumqayıt şəhərində
Sumqayıt Dövlət Universiteti və “Azərbaycan
Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”
MMC-nin “Elektroenergetikanın müasir problemləri” mövzusunda
birgə respublika elmi konfransı keçirilmişdir.
Konfransın plenar iclasında SDU-nun rektoru
professor N.F.Qəhrəmanov giriş sözü ilə,
Azərbaycan Elmi –Tədqiqat və Layihə Axtarış
Energetika İnstitutu” MMC-nin direktoru, professor N.A.Yusifbəyli
“Azərbaycan Respublikası elektroenergetika sektorunun 2030-cu
ilədək dövrdə dayanıqlı inkişaf strategiyasının
bəzi məsələləri” mövzusunda çıxış
etmişlər.
Konfransın işində ÀÌÅÀ âèòñå-ïðåçèäåíòè,
àêàäåìèê A.M.Həşimov iştirak etmişdir.
Konfransın seksiyalar üzrə iclaslarında İnstitutumuzun
əməkdaşlarının müxtəlif
mövzular üzrə məruzələri dinlənilmişdir.