18 yanvar 2012-ci il tarixində
“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutu” MMC-də 20 Yanvar faciəsinin 22-ci il dönümünə
həsr olunmuş seminar keçirildi.
“AzET
və
LA Energetika
İnstitutu” MMC-nin direktoru, tex.e.d., prof. N.A.Yusifbəyli
iclası açaraq, gündəlikdə nəzərdə
tutulan məsələ barəsində qısa məlumat
verdi. O, qeyd etdi ki, keçmiş Sovet İttifaqının
tərkibində olan respublikalar da xalqların öz müqəddaratını
təyin etmək üçün azadlıq mübarizəsinə
qalxdılar, bu mübarizənin nə
dərəcə ağır olduğunu da bir daha vurğuladı.
Eyni zamanda, Azərbaycan xalqının milli müstəqilliyinə
gedən yolunun hamar olmadığını, ciddi sınaqlardan
keçdiyini xatırlatdı. N.A.Yusifbəyli
qeyd etdi ki, 20 yanvar 1990-cı ildə Sovet ordusunun
cəbbəxanasında olan ən müasir silah növlərindən
istifadə edilməklə Bakıda silahsız insanların
canlı hədəfə çevrilməsi tarixin ən qanlı
ləkələrindən biridir. Yüzdən çox insanın
ölümü, yüzlərlə insanın yaralanması,
onlarca soydaşımızın itkin düşməsi ilə
nəticələnən bu vandalizm, sözsüz ki, azadlıq
eşqi ilə yaşayan bir xalqın mübarizə əzmini
qıra bilmədi.
N.A.Yusifbəyli vurğuladı
ki, 1992-ci ilin oktyabr ayının 18-də dövlət müstəqilliyimizin
elan olunmasında bu hadisə böyük önəm daşıyır.
N.A.Yusifbəylinin
çıxıışından sonra AMEA-nın A.A.Bakıxanov
adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin
müdiri, tarix elmləri doktoru, professor Qasım
Hacıyev bu barədə daha ətraflı məlumat
verdi.
Çıxışlardan sonra
qərara alındı:
20
Yanvar şəhidlərinin xatirəsini yad etmək
məqsədilə xüsusi döş lentlərinin
hazırlanması
üçün “Azərenerji” ASC-nin
rəhbərliyinə təkliflə müraciət olunsun.